Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-sentyabr aylarında Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 1 milyard 304 milyon 134 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4.7% və ya 63 milyon 815 min dollar azdır.
Hesabat dövründə Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkə olub.
Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1,4 milyard dollar təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!