Türkiyədə ötən ay inflyasiyanın artım sürəti zəifləyib | Banco.az

Türkiyədə ötən ay inflyasiyanın artım sürəti zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə illik istehlak inflyasiyası avqust ayında 51,97 faizlə ötən ilin ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, avqust ayında aylıq inflyasiya 2,47 faiz təşkil edib.

Avqustda illik inflyasiya isə 51,97 faiz olaraq qeydə alınıb.

Sözügedən dövrdə illik baza inflyasiyası da 60,23 faizdən 51,56 faizə düşüb.

Xatırladaq ki, iyulda Türkiyədə aylıq inflyasiya 3,23 faiz, illik inflyasiya isə 61,78 faiz təşkil etmişdi.

Təhsil mövsümü yaxınlaşdıqca aylıq və illik əsasda ən çox qiymət artımının müşahidə edildiyi xərc qrupu təhsil sektoru olub. TÜİK məlumatlarına görə, avqust ayında təhsil qrupunda qiymətlər aylıq 11,34 faiz bahalaşıb. Təhsil qrupunda illik artım isə 120,81 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

Təbii qaz qiymətlərindəki artımın təsiriylə təhsil qrupunu aylıq 8,51 faiz artımla mənzil qrupu izləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et