Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1 881 ədəd minik avtomobili, 511 ədəd yük avtomobili istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 17.9% (411 ədəd) azalıb, yük avtomobili istehsalı isə 2.7 dəfə artıb.
Cari ilin avqust ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 128 ədəd minik, 40 ədəd isə yük avtomobili təşkil edib.
Qeyd edək ki, Azərbaycana bu ilin yanvar-iyul aylarında 807,4 milyon dollar dəyərində 41 105 ədəd avtomobil idxal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
