Müəllif:Mehin Qasımova,Banco.az
Süni intellekt şirkəti Anthropic-in illik gəlir göstəricisi iyulun sonunda 65 milyard dollara yüksəlib.
Banco.az xəbər verir ki, bu rəqəm şirkətin ötən ilin sonundakı göstəricisindən təxminən yeddi dəfə çoxdur.
Şirkətin sürətlə artan gəlirləri onun ilkin kütləvi təklif (IPO) planlarını da gücləndirir. Məlumata görə, həm "Anthropic", həm də "OpenAI" məxfi IPO müraciətləri təqdim edib. Anthropic-in bu payızda, OpenAI-dən əvvəl birjada ticarətə başlaması gözlənilir.
Bir vaxtlar əsas rəqiblərindən geridə qalan "Anthropic" son dövrdə, xüsusilə kodlaşdırma və mürəkkəb tapşırıqların icrası üçün nəzərdə tutulan süni intellekt alətləri sayəsində sürətli inkişaf nümayiş etdirib.
Şirkətin illik gəliri may ayında 47 milyard dolları keçmişdi. Müqayisə üçün, 2025-ci ilin sonunda bu göstəricinin 9 milyard dolları ötəcəyi proqnozlaşdırılırdı.
Bloomberg-in məlumatına görə, OpenAI-nin illik gəliri də yaxın zamanda 40 milyard dolları keçib.
Beləliklə, Anthropic-in gəlirlərindəki kəskin artım süni intellekt bazarında rəqabətin daha da gücləndiyini və şirkətin mümkün IPO-sunun texnologiya sektorunda ilin ən diqqətçəkən hadisələrindən birinə çevrilə biləcəyini göstərir.
