İran və ABŞ arasında gərginliyin artması ilə neft qiymətləri yüksəlir | Banco.az

İran və ABŞ arasında gərginliyin artması ilə neft qiymətləri yüksəlir

Müəllif:Mehin Qasımova,Banco.az

Çərşənbə axşamı neft qiymətləri artır.

Banco.az xəbər verir ki, İranın müharibəyə son qoymaq üçün danışıqların uğursuzluğa düçar olacağı təqdirdə "tam aqressiv" hərbi mövqe tutacağını açıqlaması və ABŞ-ın atəşkəsin uzadılmasını gündəmdən çıxarmaq qərarı Yaxın Şərqdən neft tədarükü ilə bağlı narahatlıqları artırıb.

Brent markalı xam neftin fyuçersləri 0,3 faiz artaraq bir barel üçün 91,14 dollar təşkil edib.

ABŞ xam nefti (WTI) 42 sent artaraq 85,04 dollara çatıb. Sessiyanın əvvəlində WTI 1%-dən çox artaraq 31 iyuldan bəri ən yüksək səviyyə olan 85,37 dollar təşkil edib.