Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 22 sentyabr 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə Fövqəladə Hallar Nazirliyinin balansında olan 3 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Nəqliyyat vasitələrinin markaları "Chevrolet Niva" minik, "Hyundai H-1" mikroavtobus və "Nissan Maxima" minikdir.
Qeyd edək ki, avtomobillərin buraxılış ili 2008, və 2006-dır. Start qiymətləri isə müvafiq olaraq 4 000 manat, 8 000 manat və 4 500 manatdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
