“Rabitəbank istiqrazları qazandırmağa davam edir – ilk gəlirlər ödənildi” | Banco.az

“Rabitəbank istiqrazları qazandırmağa davam edir – ilk gəlirlər ödənildi”

Capital Partners İnvestisiya Şirkətindən verilən məlumata istinadən, 15 Avqust 2024-cü il tarixində nominal qiyməti 100 manat, tədavül müddəti 2 il, illik gəlirliliyi 9.5% olan Rabitəbank ASC-nin istiqrazları üzrə ilk faiz ödənişi investorların bank hesabına uğurla köçürülüb.

Günümüzdə qiymətli kağızlar bazarı və bazarın əsas alətlərindən olan istiqrazların inkişafı ciddi əhəmiyyət kəsb edir. Yerli və xarici bazarlarda peşəkar investisiya xidmətləri təqdim edən Capital Partners İnvestisiya Şirkəti “Rabitəbank” ASC-nin törəmə şirkətidir. İnvestisiya şirkətlərinə müraciət edərək Rabitəbank ASC-yə məxsus istiqrazlara investisiya yatırmaq mümkündür. Bununla da il ərzində bank faizləri kimi istiqrazlardan əhəmiyyətli faizlər qazanılır. Bundan əlavə, istiqraz sahibləri vəsaitə ehtiyac duyduqda istiqrazlarını satmadan, REPO əməliyyatı etməklə, qısamüddətli vəsait cəlb edə, istiqrazlarını bankda girov qoyaraq, kredit götürə bilərlər. Bu hallarda faiz gəlirləri itmir.

Ən sərfəli kredit üçün müraciət et

Hədəflədiyiniz risk və gəlirliliyə uyğun istiqraz əldə edərək kapital bazarlarının üstünlüklərindən yararlana bilərsiniz. Ətraflı məlumat üçün www.capitalpartners.az saytı və (+99410) 255 58 79 əlaqə nömrəsi investorların daim xidmətindədir. Rabitəbank istiqrazlarına sahib olmaqla gələcəyinizə investisiya edin.

 

Ən sərfəli krediti almaq üçün müraciət et