Kapital Bank-ın aktivləri 10 mlrd. manata yaxınlaşıb | Banco.az

Kapital Bank-ın aktivləri 10 mlrd. manata yaxınlaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kapital Bank-ın xalis mənfəəti cari ilin 1 iyul tarixinə 123 milyon 919 min manat təşkil edib.  

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə Kapital Bank-ın aktivləri 2 milyard 40 milyon 135 min manat və ya 25,7% artaraq 9 milyard 984 milyon 543 min manata yüksəlib. 

Cari ilin birinci yarısında Kapital Bank-ın kredit portfeli 4 milyard 783 milyon 112 min manat, depozit portfeli isə 7 milyard 601 milyon 89 min manat olub. Bunlar da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 1,2 milyard manat (34,8%) və 1,4 milyard manat (21,8%) çoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram