Yaponiya Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 3,3 milyard dollar ayıracaq | Banco.az

Yaponiya Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 3,3 milyard dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiya hökuməti Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya təxminən 520 milyard yen (3,3 milyard dollar) ayırmaq niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda hökumət bu planın həyata keçirilməsi mexanizmləri üzərində işləyir. İlin sonuna qədər plan baş tuta bilər. Sözügedən məbləğ "Yeddilik Qrupu" (G7) tərəfindən əvvəllər razılaşdırılmış ümumi yardımın təxminən 6%-ni təşkil edir.

Qeyd edilib ki, Yaponiya tərəfindən verilən vəsait hərbi məqsədlər üçün istifadə edilməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et