Müəllif:Ayşən İmanova/Banco.az
Rumıniya hökuməti hərbi texnikanın alınması və müdafiə sənayesinin inkişafı üçün ABŞ-dən 2 milyard dollara qədər kredit istəmək niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə hökumətdəki mənbələrdən məlumat verilib.
Bildirilib ki, gələn həftə Rumıniya hökuməti Vaşinqtona niyyət məktubu göndərəcək və orada 2 milyard dollara qədər kredit almaq istəyini ifadə edəcək.
Məlumata görə, kreditlə bağlı danışıqlar bir neçə aydır ki, davam edir.
Qeyd edilib ki, Milli Müdafiə Nazirliyi kreditdə - hərbi texnikanın alınması üçün, İqtisadiyyat Nazirliyi isə müdafiə sənayesinin inkişafı üçün maraqlıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!