"Bu ilin II rübündə istehlak kreditlərinə tələbdə artım davam edəcək" | Banco.az

"Bu ilin II rübündə istehlak kreditlərinə tələbdə artım davam edəcək"

2024-cü ilin I rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik müşahidə edilməsə də, əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə kredit standartlarında yumşalma müşahidə edilib.

Banco.az xəbər verir ki, bu barədə 2024-cü ilin I rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində qeyd edilib.

Məlumata görə, əvvəlki rüblə müqayisədə kredit kartları üzrə kredit standartlarında isə sərtləşmə nəzərə çarpıb. Banklar 2024-cü ilin II rübündə kredit kartları istisna olmaqla, istehlak kreditləri üzrə standartlarda yumşalma proqnoz edirlər. 

Sorğu nəticələrinə əsasən istehlak kreditlərinə tələb artsa da, əvvəlki rüblə müqayisədə artım tempində səngimə müşahidə edilir. Tələbdə artım istehlak kreditlərinin bütün sahələri üzrə nəzərə çarpıb. Banklar 2024-cü ilin II rübündə istehlak kreditlərinə tələbdə artımın davam edəcəyi qənaətindədirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et