Birbank yeni kampaniyası ilə müştərilərinə daha çox qazanma imkanı yaradır. Belə ki, ölkənin ilk rəqəmsal bankı “İlk alış-verişə 10% keşbek” adlı yeni kampaniyaya start verir.Kampaniya çərçivəsində Birbank Cashback taksit kartını onlayn əldə edən hər kəs rəsmiləşmə tarixindən etibarən 30 təqvim günü ərzində ilk birdəfəlik 20 AZN və üzəri əməliyyatlara 10% (maksimum 20 AZN) keşbek qazana biləcək.
Kart sahibləri Birbank-ın partnyor olduğu 7500-ə yaxın mağazada, market, kafe, restoran, yanacaq doldurma məntəqəsi, aptek və.s kimi ödəniş nöqtələrində kampaniyadan yararlanmaq fürsəti qazanırlar. Həmçinin, müştərilər 2 qat ƏDV, 63 günədək güzəşt müddəti, seçilmiş partnyorlarda 24 ayadək taksit imkanı, 100% nağdlaşdırma və pulsuz çatdırılma kimi üstünlüklərdən yararlana bilərlər.
Kampaniya 31 may 2024-cü il tarixinədək keçərlidir. Kampaniyadan yararlanmaq üçün Birbank Cashback taksit kartını birbank.az, kapitalbank.az və Birbank mobil tətbiqindən sifariş edə bilərsiniz.
Ətraflı məlumat üçün: https://kbl.az/nknk
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
Bizi sosial şəbəkələrdən izləyin!!