Ötən il Qazaxıstandan Azərbaycana pul köçürmələri 7% azalıb | Banco.az

Ötən il Qazaxıstandan Azərbaycana pul köçürmələri 7% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qazaxıstandan fiziki şəxslər tərəfindən 2023-cü ildə Azərbaycana 30 milyon 583 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2022-ci illə müqayisədə 6,9% (2 milyon 275 min dollar) azdır. Belə ki, 2022-ci ildə göndərilən pul baratlarının həcmi 32 milyon 858 min dollar təşkil edib. 

Qeyd edək ki, ötən il Qazaxıstandan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 1,8% olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et