Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya nefti Ukrayna müharibəsinə görə ABŞ və Avropanın müəyyənləşdirdiyi qiymət həddini keçib.
Banco.az xəbər verir ki, çərşənbə günü Rusiyanın Ural markalı nefti rəsmi Moskvanın Ukraynaya müdaxiləsinin maliyyələşdirilməsini çətinləşdirmək üçün G-7 ölkələri tərəfindən ötən il müəyyən edilən qiymət həddini aşaraq bir bareli 60 dolları keçib.
Bu barədə “Argus Media” qiymət agentliyi məlumat yayıb.
Qeyd edək ki, rus neftinə qiymət həddi müəyyən edilməsinin məqsədi bu həddin keçilməsi halında neftin qərb gəmilərində və qərb sığortası ilə daşınmasının qarşısını almaq idi.
Bizi sosial şəbəkələrdən izləyin!!