Müəllif: Tamara Mustafayeva, Banco.az
“Goldman Sachs” Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faiz qərarı üzrə proqnozunu bölüşüb.
Banco.az xəbər verir ki, ABŞ-ın bankçılıq nəhəngi “Goldman Sachs”ın iqtisadçıları fevralın 23-də keçiriləcək Pul Siyasəti Komitəsinin iclasında Mərkəzi Bankın uçot dərəcəsini 100 baza bəndi azaldıb 8 faizə endirməsi ilə stabil saxlaması ehtimalının bərabər olduğunu bildirib.
Qurumun iqtisadçıları yayımladıqları hesabatda Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələlərin iqtisadiyyata və pul siyasətinə təsirini də qiymətləndiriblər.
Xatırladaq ki, ABŞ-ın digər aparıcı investisiya bankı “Morgan Stanley”in iqtisadçıları isə fevralın 23-də keçiriləcək Pul Siyasəti Komitəsinin iclasında Mərkəzi Bankın faiz dərəcələrini 100 baza bəndi endirəcəyini gözlədiklərini açıqlamışdılar.
Bizi sosial şəbəkələrdən izləyin!!