Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da noyabr ayı inflyasiyasının proqnozlardan aşağı reallaşması fonunda dolların ucuzlaşması qızılın möhkəmlənməsinə səbəb olub.
Banco.az xəbər verir ki, dünən ABŞ Əmək Nazirliyi inflyasiya göstəricilərini açıqladıqdan sonra spot bazarlarda qızılın bir unsiyası 1813 dollara qədər bahalaşıb. Ticarət gününün əvvəlində isə bu rəqəm 1781 dollar təşkil edirdi.
Yeni günə cüzi ucuzlaşma ilə başlayan bu qiymətli metal hazırda spot bazarda 1809 dollara satılır.
Bizi sosial şəbəkələrdən izləyin!!