Keditorlar Afinanın yekun qərara gələ bilməsi üçün yunan hökuməti qarşısında ötən gün gecəyə qədər vaxt müəyyən etmişdilər
Yunanıstan hökuməti ölkədə iqtisadi vəziyyətin stabilləşdirilməsinə kömək edə biləcək yeni variantda islahatlar planını təqdim edib. ANS PRESS-in məlumatına görə, artıq Avroqrup nümayəndələri də Afinadan plana dair sənədlərin qəbul olunduğunu bildiriblər.
Keditorlar Afinanın yekun qərara gələ bilməsi üçün yunan hökuməti qarşısında ötən gün gecəyə qədər vaxt müəyyən etmişdilər.
Yeni plan layihəsi kreditorlar tərəfindən bəyənilsə, hökumət dövlət borclarının ödənilməsi üçün növbəti kredit tranşını əldə etməyə nail olacaq.
Əks halda isə, iyul ayının 12-sində keçiriləcək Avropa Birliyinin sammitində Yunanıstanın avrozonadan çıxarılması məsələsi müzakirəyə qoyulacaq.
Bir qədər əvvəl yunan hökuməti yeni islahat proqramının büdcəyə 12 milyard dollar qazandıracağını demişdi. Yeni layihədə vergilərin artırılması, eyni zamanda, gəlirin həcminə görə əlavə vergi tutulması, ölkənin müdafiəsinə ayrılan xərclərin 2016-ci ilə qədər 300 milyon avro həcmində ixtisar edilməsi nəzərdə tutulur.
Hökumətin fasiləsiz və gərgin fəaliyyəti fonunda paytaxt Afinada minlərlə avropayönümlü insan etiraz aksiyası keçiriblər. Fəallar hökuməti Avrozonanın kredit şərtərini qəbul etməyə çağırıblar.
anspress.com