Qiymət artımı ilk olaraq İraq və Yəməndə başlayıb, lakin İran vurğulayıb ki, OPEC neft hasilatını kəsmək fikrində deyil.
Mülahizələrə görə, İraq və Yəməndəki konflikt istehsalatın həcmini aşağı sala bilər. Belə ki, Qərbi İraq şəhəri Ramadi hələ keçən aydan bəri İslamçı hərbi qüvvələr tərəfindən tutulub. Yəməndə isə Orta Asiyanın əsas neft istehsalçısı olan sahil zonası-Ədən hava hücumuna məruz qalıb. Lakin, açıqlamalarda bildirilib ki, bu müdaxilələr neft istehsalı və hasilatında hər hansı çətinlik yaratmayıb. Analitiklər qeyd edib ki, OPEC əvvəlki kimi öz gücünü qoruyub saxlayır.
Neftin Brent növü bugün təxminən səhər saatlarından etibarən 21 sent bahalaşaraq, 1 barelin qiyməti 67.02$-a bərabər olub.
İranın neft naziri Rokneddin Javadi Sinqapurun Reuters kanalına bugünki müsahibəsində deyib ki, OPEC iyun ayında keçiriləcək növbəti görüşədək hasilatı kəsmək niyyətində deyil. Həmçinin o əlavə edib ki: "İran ümid edir ki, xammal istehsalı sanksiyalardan əvvəlki səviyyəyə qayıdacaq, yəni biz yenə də günə orta hesabla 2.5 mln barel xammal istehsal edəcəyik".
Rəsmi ABŞ-da Goldman Sachs qeyd edib ki, baxmayaraq ki, ilin ikinci yarısında neft istehsalında azalma proqnozlaşdırılır, lakin 2016 cı ildə bu göstəricinin günə 205,000 barel artması gözlənilir.
Deutsche Bank bildirib ki, yalnız BƏƏ, Qatar və Küveyt belə qiymət artımı dövründə istehsalatı balanslaşdırılmış səviyyədə qoruyub saxlaya bilib.