Yaponiyanın pul köçürmə sistemində nasazlıq yaranıb | Banco.az

Yaponiyanın pul köçürmə sistemində nasazlıq yaranıb

Müəllif: Mehin Qasımova /Banco.az 

Yaponiyada milli maliyyə institutlarının vəsaitləri və qiymətli kağızları köçürdüyü “Zəngin” şəbəkəsindəki nasazlıq səbəbindən bankların köçürmə sistemləri zərər çəkib.

Banco.az Kyodo agentliyinə istinadla xəbər verir ki,Yaponiya Banklar Assosiasiyasının (Zenginkyo) pul və qiymətli kağızları köçürdüyü ödəniş və klirinq şəbəkəsində nasazlıq yaranıb.

Nasazlıq səbəbindən ölkə üzrə 11 bankın, o cümlədən "MUFG" kimi milli bankların fond və qiymətli kağız köçürmələri dayandırılıb. 

Məlumat verilib ki, nasazlığın mənbəyinin aradan qaldırılması üçün hökumətin Maliyyə Xidmətləri Agentliyi tərəfindən lazımi işlər görülüb.

Qeyd edək ki, Yaponiyanın əksər bankları banklararası “Zəngin” sistem şəbəkəsinə qoşulub və bu şəbəkə vasitəsilə gündə orta hesabla 12 trilyon yen (81 milyard dollar) həcmində 6,5 milyon əməliyyat həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et