Yaponiya İranı razılığa gəlməyə çağırır | Banco.az

Yaponiya İranı razılığa gəlməyə çağırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya İranı razılığa gəlməyə çağırır.

Banco.az xəbər verir ki, Yaponiyanın Baş naziri Takaiçi Sanae İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığında ABŞ ilə mümkün qədər tez razılığa gəlinməsinə və Hörmüz boğazının bütün gəmilərin keçidi üçün açıq saxlanılmasına çağırış edib.

Dövlət televiziyası “NHK”nin xəbərinə görə, Takaiçi və Pezeşkian arasında telefon danışığı baş tutub.

Görüş zamanı Takaiçi gərginliyin dialoq yolu ilə azaldılmasının böyük əhəmiyyət daşıdığını vurğulayaraq, Tehran rəhbərliyinin Vaşinqtonla yekun razılaşmaya nail olacağına ümid etdiyini bildirib.

Yaponiyanın baş naziri gəmilərin Hörmüz boğazından sərbəst və təhlükəsiz şəkildə keçidinin ən qısa zamanda təmin olunması ilə bağlı tələbini bir daha təkrarlayıb. Tərəflər həmçinin yaxın təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Görüşdən sonra açıqlama verən Takaiçi bildirib ki, gərginliyin azaldılması məqsədilə başda Cənubi Koreya və Filippin olmaqla, müxtəlif ölkələrin liderləri ilə də əlaqə saxlayıb.

Takaiçi diplomatik təşəbbüslərini davam etdirəcəyini vurğulayaraq, regionda gərginliyin azaldılmasına yönəlmiş səylərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram