Yaponiya hökuməti kiçik elektromobillərin alınması üçün subsidiyalar ayırmağı planlaşdırır | Banco.az

Yaponiya hökuməti kiçik elektromobillərin alınması üçün subsidiyalar ayırmağı planlaşdırır

Yaponiya hökuməti kiçik elektromobillərin əsasən yaşlı insanlar tərəfindən alınması üçün subsidiyalar ayırmağı planlaşdırır.

Bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu məqsədlə subsidiyaların gələn ilin aprelindən ayrılması nəzərdə tutulur. İdarəetmə mexanizmi çox sadə olan elektromobillər saatda 60 kilometr sürətlə hərəkət edir. Həmin nəqliyyat vasitələrindən əsasən, yaşlı nəslin nümayəndələrinin istifadə edəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Lakin bu elektromobillərin qiymətinin çox baha olması müəyyən çətinliklər yaradır. Belə ki, bir nəfərlik belə nəqliyyat vasitəsinin qiymətinin səkkiz min dollar civarında olduğu bildirilir.

Nazirlik bu elektromibillərin satışını stimullaşdırmaq üçün gələn ilin aprelində başlayacaq növbəti maliyyə ilində subsidiyaların tətbiqini təklif edir.

Azərtac 

Ən sərfəli krediti almaq üçün müraciət et