Yaponiya hökuməti inflyasiyaya qarşı 15 milyard dollarlıq dəstək paketi açıqlayıb | Banco.az

Yaponiya hökuməti inflyasiyaya qarşı 15 milyard dollarlıq dəstək paketi açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada inflyasiya ilə mübarizə üçün müvafiq addımlar atılır.

Banco.az xəbər verir ki, Yaponiya hökuməti artan enerji və ərzaq xərcləri və yapon yeninin məzənnə qarşısında dəyər itirməsi nəticəsində yaranan inflyasiyaya qarşı mübarizə paketi hazırlayıb.

Ümumilikdə 2 trilyon yen (15 milyard dollar) dəyərində olan antiinflyasiya paketi çərçivəsində nağd pul dəstəyi veriləcək və enerji xərclərinin azaldılması hədəflənəcək.

Dəstək çərçivəsində hər bir aztəminatlı ailəyə 30 min yen (230 ABŞ dolları) və bu ailələrdə mövcud uşaqbaşına 50 min yen (380 ABŞ dolları) nağd pul veriləcək.

Qeyd edək ki, aprel ayında keçiriləcək yerli seçkilərdən əvvəl açıqlanan maliyyələşdirilməsinə cari maliyyə ilini əhatə edən dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat vəsaitləri yönəldiləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram