Yanmış evləri sığortalamaq olardımı? | Banco.az

Yanmış evləri sığortalamaq olardımı?

Son günlərdə paytaxt binalarında baş verən yanğın hadisəsi də bu məsələni bir qədər aktuallaşdırdı. Yanğından zərərçəkən evlərin demək olar ki, böyük hissəsi icbari qaydada sığortalanmayıb. Statistikaya nəzər salsaq görərik ki, 2015-ci ilin yanvar-aprel ayları ərzində sığorta şirkətlərinə daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği cəmi 11 109 557,18 AZN təşkil edib. Sığorta şirkətləri isə 320 098,92 AZN sığorta ödənişi həyata keçiriblər. 

Xüsusilə evləri poliuretan ilə üzlənmiş binaların sakinləri daşınmaz əmlaklaırnı icbari qaydada sığorta etdirsələr, təhlükədən müəyyən qədər qorunmaq mümkün olar.

Daşınmaz əmlakın sığortalanması təcrübəsi ölkəmizdə digər sığorta növləri ilə müqayisədə daha azlıq təşkil edir. Bunun ən böyük səbəbi kimi ekspertlər, maarifçiliyin azlığında, nəzarətin və cərimələrin olmamasında görürlər.

Yaşayış evləri və mənzillərin icbari sığortalanmasına isə heç də bütün sığorta şirkətləri daxil edilməyib. Belə ki, ölkədə fəaliyyət göstərən 12 sığorta şirkəti İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilib. Bunlar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta”, “Standard Insurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “Paşa Sığorta”, “AXA MBASK”, “AzSığorta”, “Alfa Sığorta”, “Meqa Sığorta”, “İpək Yolu Sığorta”, “Azərbaycan Sənaye Sığorta”dır.

Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Şəhər

Sığorta məbləği

Azad olma məbləği

İcbari Sigorta haqqı (AZN)

Bakı şəhəri

25.000

250

50

Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri

20.000

200

40

Digər yaşayış məntəqələri

15.000

150

30

Ən sərfəli kredit üçün müraciət et