“Xanımların pensiya yaşı 63 olsun” – AÇIQLAMA | Banco.az

“Xanımların pensiya yaşı 63 olsun” – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az olması onların sosial təminatı baxımdan vacibdir. Bu baxımdan xanımların pensiya yaşının 63-də saxlanılmasını təklif edirik”.

Banco.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, xanımların xüsusən yaşlı dövrlərində sosial təminata daha çox ehtiyacları var:

“Kişilərin rəsmi əməkhaqqısı xanımlarla müqayisədə təxminən 2 dəfə çoxdur. Bu o deməkdir ki, xanımların sosial kapital yığımları nisbətən azdır. Biz xanım vətəndaşlarımız üçün pensiya yaşı tamam olan zaman kapitalın xüsusi əmsala vurulmasını təklif edirik. Əgər xanım vətəndaşımızın pensiya kapitalı 40 min manatdırsa, həmin vəsait 1,5 əmsalına vurula bilər. Bu zaman kapital avtomatik olaraq 60 min manat olur. Bu da imkan verə bilər ki, xanım vətəndaşımız pensiya yaşı tamam olan zaman daha çox pensiya alsın".

Ən sərfəli kredit üçün müraciət et

Millət vəkili qeyd edib ki, pensiya islahatların növbəti mərhələsində gender aspektindən diferensial yanaşmanın tətbiq edilməsi sosial təminat baxımdan arzuolunan olardı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram