"Women Bankers Club"-un növbəti maraqlı görüşü baş tutub | Banco.az

"Women Bankers Club"-un növbəti maraqlı görüşü baş tutub

6 aprel tarixində Park Inn by Radisson otelində "Women Bankers Club"un  (Qadın Bankirlər Klubunun) növbəti tədbiri keçirilib. İlk olaraq klubun təsisçisi Anjela Ramazanova klubun fəaliyyəti haqda qısaca məlumat verərək, qonağı təqdim edib. Tədbirin qonağı qismində Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycan Respublikasının Xalq artisti Fərhad Bədəlbəyli çıxış edib. Fərhad Bədəlbəyli qonaqları salamlayaraq tədbir aparıcılarının suallarını cavablandırıb. Ünvanlanan suallar ümumi olaraq Azərbaycan musiqisinin inkişafı, baş verən yeniliklər haqqında olub. Musiqiçi suallara maraqlı tərzdə cavab verərək musiqinin insan həyatı üçün əvəzsiz olmasını vurğulayıb.

Söhbət əsnasında xalq artisti Azərbaycan qadının zərifliyindən bəhs edərək bütün dünya qadınlarından seçildiyini bildirib. Daha sonra Fərhad Bədəlbəyli gənclik illəri ilə bağlı maraqlı əhvalatlar danışaraq yazdığı şer parçalarını tədbir iştirakçıları üçün səsləndirib.

İstedadlı sənətkar barədə xoş sözlər söyləmək üçün tədbirə, musiqiçinin yaxın dostu, yazar Çingiz Abdullayev təşrif buyurub. Yazarın bu təşəbbüsü ortamı bir az da canlandırıb.

Daha sonra Fərhad Bədəlbəyli tədbir iştirakçılarının suallarını cavablandırıb. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Women Bankers Club” Azərbaycanda yeganə Qadın Bankirləri Klubudur. Klubun məqsədi Bank sektorunda çalışan Qadınları birləşdirib, uğurlu ünsiyyət platforması yaradaraq vahid ideologiya ətrafında faydalı fikir və peşəkarlıq mübadiləsinin aparılması, yeni tanışlıqların, banklararası münasibətlərin qurulması və möhkəmləndirilməsi, bir-birinə işgüzar dəstəyin təmin edilməsidir.

Ən sərfəli kredit üçün müraciət et

“Women Bankers Club” Azərbaycan Qadın Bankirləri Klubunun fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün linkə daxil ola bilərsiniz: 

https://www.facebook.com/womenbankersclub/

 

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et