"WhatsApp" veb versiyaya yeni təhlükəsizlik tədbirləri əlavə edib | Banco.az

"WhatsApp" veb versiyaya yeni təhlükəsizlik tədbirləri əlavə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“WhatsApp” veb versiyası üçün bəzi yeni təhlükəsizlik tədbirlərini istifadəçilərin ixtiyarına verəcək.

Banco.az xəbər verir ki, “WhatsApp” platforması artıq veb versiyanın təhlükəsizlik tədbirlərini də gücləndirməyə qərar verib. 

Kompüterlərini ümumi istifadə edən və ya ofis kompüterindən istifadə edərək “WhatsApp Web”ə daxil olan istifadəçilər artıq bəzi təhlükəsizlik tədbirləri görə biləcəklər. 

İstifadəçilərin istəyinə əsasən aktivləşdiriləcək bu məxfilik funksiyasında parolun nə qədər tez tələb olunacağı da istifadəçilər tərəfindən müəyyən ediləcək. İstifadəçi şifrəni unudubsa, QR kodu skan etmək və yenidən veb versiyaya daxil olmaq kifayət edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et