“WhatsApp” bu ölkənin istifadəçilərinə pensiya, sığorta və kredit məhsullarını təklif edəcək | Banco.az

“WhatsApp” bu ölkənin istifadəçilərinə pensiya, sığorta və kredit məhsullarını təklif edəcək

“WhatsApp” şirkəti tərəfdaşlarının dəstəyi ilə Hindistandakı istifadəçilərinə sığorta, kredit və pensiya məhsullarını təklif etməyə başlayacaq. Bu barədə “WhatsApp”ın Hindistandakı rəhbəri Abhijit Boseyə istinadən “TechCrunch” məlumat verib.

Qeyd edildiyi kimi, şirkət əsasən az gəlirli istifadəçilərə və kənd sakinlərinə diqqət yetirəcək. Nəticədən asılı olaraq bəzi məhsulların inkişafına sərmayə qoyulacaq, “WhatsApp” nümayəndəsi bildirir.

Xatırladaq ki, bu gün “WhatsApp” Hindistanın ICICI, “Kotak Mahindra” və HDFC bankları ilə əməkdaşlıq edir və bu müddət ərzində 3 milyondan çox yeni müştəri cəlb olunub.

Hazırda “WhatsApp”ın Hindistanda 400 milyondan çox istifadəçisi var, buna görə də kiçik şəhərlərdə banklar daha böyük auditoriyanı əhatə etmək üçün vasitəçilərlə əməkdaşlıq etməli olurlar.

Daha əvvəl 2018-ci ildə “Facebook” şirkəti Hindistan əhalisi üçün WhatsApp Pay xidmətini işə salmışdır, lakin yerli tənzimləyicilərlə yaşanan problemlərə görə layihəni reallaşdırmaq mümkün olmayıb. İndi şirkət Hindistan Mərkəzi Bankının bütün tələblərini yerinə yetirdiyini söyləyir.

Ən sərfəli kredit üçün müraciət et

fins.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram