WESTERN Union MoneyGram-ı udacaqmı? | Banco.az

WESTERN Union MoneyGram-ı udacaqmı?

Beynəlxalq pul köçürmə şirkəti olan MoneyGram, müqavilələrin zəif artımı və illik gəlirin 12 %-dək azaldığından xəbər verir. Bundan əlavə, 1ci kvartala görə gəlirlər 72 mln dollaradək azalıb.

Şirkətin neqativ göstəriciləri fonunda, Bloomberg informasiya resurları belə bir daxili informasiya yayır ki, MoneyGramm Western Union-a birləşməyə hazırlanır.

Mənbələrdən əldə olunan məlumata əsasən, Western Union artıq öz rəqibinin aradan qaldırılması prosesinə başlayıb. Yalnız onu da qeyd edək ki, şirkət bununla müştəri bazası və şirkətin fəaliyyət bölmələri ilə yanaşı 960 mln dollara çatan borclarını da alacaq.

Ən sərfəli kredit üçün müraciət et

Müqavilənin hələ ləğv olma ehtimalı olmasına baxmayaraq, vaxtından əvvəl yayılmış məlumatdan sonra MoneyGram-ın aksiyaları kəskin şəkildə ucuzlaşdı.

MoneyGramla WESTERN Union isə məsələyə şərh bildirməkdən imtina ediblər.

Müəllif: Fidan Maqbet qızı

Ən sərfəli krediti almaq üçün müraciət et