Valyuta bazarında ciddi problem yaranıb | Banco.az

Valyuta bazarında ciddi problem yaranıb

“Valyuta bazarında ciddi problem yaranıb. Rəsmi məzənnə müəyyən olunub, valyuta mübadilə məntəqələri alış-satış məzənnələrini asıb, amma insanlar əllərindəki dolları manata sata bilmir”. 

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, baş verənlər ayrı-ayrı mübadilə məntəqlələrinin əməli deyil, mərkəzdən idarə olunur.

“Belə xəbərlər yayırlar ki, guya manat qıtlığı var, bu, onunla bağlıdır. Bunu manatı məqsədli şəkildə qıtlaşdırıb dolları ucuzlaşdırmaq istəyilə əlaqələndirlənlər də var. Dollar almayıb insanları çıxılmaz vəziyyətdə buraxırlar ki, əldə olan dollarları daha ucuza onların əlindən çıxarsınlar”,- deyə ekspert vurğulayıb.

Onun fikrincə, Mərkəzi Bank prosesə müdaxilə etməməklə böyük yanlışlığa yol verir. “Bu, qara bazara geniş meydan verir. İnsanların rəsmi məzənnəyə uyğun valyutalarını sata bilməmələri nə deməkdir?” – deyə Rövşən Ağayev bildirir. 

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et