Unikal poçt markaları kolleksiyası milyonlarla dollara hərraca çıxarılacaq | Banco.az

Unikal poçt markaları kolleksiyası milyonlarla dollara hərraca çıxarılacaq

Müəllif:Ayşən İmanova/Banco.az

“PIMCO” investisiya fondunun təsisçisi, tanınmış investor Bill Qros dəyəri 15-20 milyon dollar qiymətləndirilən Amerika poçt markalarından ibarət unikal kolleksiyasını hərraca çıxaracaq.

Banco.az xəbər verir ki, Qrosun ABŞ hökuməti tərəfindən buraxılmış hər markanın tam kolleksiyasına malik olan yeganə filatelist olduğu güman edilir. Kolleksiyada olan bir neçə nadir markanın dəyəri 1 milyon dollardan çoxdur.

Məlumata görə, 1868-ci ildə buraxılmış kolleksiyadan bir marka cəmi iki nüsxədə mövcuddur və dünyanın ən bahalı markası sayılır. Onun qiyməti 5 milyon dollara çata bilər. İkinci nüsxə Nyu York Xalq Kitabxanasında saxlanılır.

Qeyd edək ki, iyunun 14-də “Lotte New York Palace Hotel”də 100 ən qiymətli markanın auksionu keçiriləcək. Qalan markaları növbəti gün başqa hərracda almaq mümkün olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram