Hindistan gümüş idxalına məhdudiyyət qoyub | Banco.az

Hindistan gümüş idxalına məhdudiyyət qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistan gümüş idxalına məhdudiyyət qoyub.

Banco.az xəbər verir ki, Yaxın Şərqdəki müharibənin iqtisadi təsirləri ilə mübarizə aparan Hindistan xarici ticarət balansını qorumaq üçün sərt addımlar atmağı davam etdirir.

Hindistan hökumətinin yaydığı rəsmi açıqlamaya əsasən, gümüş külçə idxalı rejimi tamamilə dəyişdirilib və qərar dərhal qüvvəyə minib.

Yeni tənzimləməyə uyğun olaraq, gümüş bazarı birbaşa hökumət nəzarətinə veriləcək.

Gümüş idxalının “məhdudlaşdırılmış” kateqoriyaya daxil edilməsi ilə artıq yalnız Hindistan Xarici Ticarət Baş İdarəsi (DGFT) tərəfindən xüsusi lisenziya verilmiş göndərişlərin ölkəyə daxil olmasına icazə veriləcək.

Baş nazir Narendra Modi hökuməti daxili tələbi zəiflətmək və rupini qorumaq məqsədilə daha əvvəl həm qızıl, həm də gümüş üzrə idxal gömrük rüsumlarını iki dəfədən çox artırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram