Hindistan şəkər ixracını dayandırıb | Banco.az

Hindistan şəkər ixracını dayandırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistan şəkər ixracını dayandırıb.

Banco.az xəbər verir ki, dünyanın ikinci ən böyük şəkər istehsalçısı olan Hindistan daxili təchizatı qorumaq və tələbatı qarşılamaq məqsədilə şəkər ixracını dörd aydan artıq müddətə qadağan edib.

“Bloomberg”in yaydığı məlumata görə, sözügedən qərar yalnız Hindistan üçün deyil, qlobal ərzaq bazarları baxımından da mühüm nəticələr doğura biləcək addım kimi qiymətləndirilir.

Əslində bazarlar uzun müddətdir belə bir qərarın siqnallarını alırdı. Çünki Hindistanda istehsal proqnozları aşağı istiqamətdə yenidən nəzərdən keçirilməyə başlanmışdı.

Hindistan Şəkər və Bioenerji İstehsalçıları Birliyi ölkənin 30 sentyabrda başa çatacaq mövsüm üzrə ümumi şəkər istehsalı proqnozunu 32,4 milyon tondan 32 milyon tona endirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram