BƏƏ və Hindistan 5 milyard dollarlıq investisiya müqaviləsi imzalayıblar | Banco.az

BƏƏ və Hindistan 5 milyard dollarlıq investisiya müqaviləsi imzalayıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

BƏƏ və Hindistan 5 milyard dollarlıq investisiya müqaviləsi imzalayıblar.

Banco.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hindistanla təxminən 5 milyard dollar dəyərində investisiya sazişləri imzaladığını açıqlayıb.

BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-ın yaydığı məlumata görə, BƏƏ Prezidenti Məhəmməd bin Zayid ölkəyə səfər edən Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Əbu-Dabidə keçirilən görüşdən sonra iki ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsini nəzərdə tutan müxtəlif anlaşma memorandumları və sazişlər imzalanıb. BƏƏ və Hindistan müdafiə və texnologiya başda olmaqla müxtəlif sahələri əhatə edən təxminən 5 milyard dollar həcmində investisiya razılaşmaları əldə edib.

Sazişlər çərçivəsində BƏƏ və Hindistanın neft şirkətləri arasında strateji əməkdaşlıqla yanaşı, iki ölkənin müdafiə nazirlikləri arasında “Strateji Müdafiə Tərəfdaşlığı Çərçivə Sazişi” də yer alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram