Unicapital İnvestisiya Şirkəti beynəlxalq "FINTEX SUMMIT 2024"də iştirak etdi | Banco.az

Unicapital İnvestisiya Şirkəti beynəlxalq "FINTEX SUMMIT 2024"də iştirak etdi

15-16 may 2024-cü il tarixlərində Bakıda "Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik" mövzusunda "FINTEX SUMMIT 2024" forumu keçirilib. Forumda tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış yerli və xarici şirkətlərin səlahiyyətli nümayəndələri və influenserlər iştirak edib.

Zirvə görüşü Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Fintex Assosiasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidmətinin birgə dəstəyi həyata keçirilib. Ümumilikdə açılış nitqi və 8 paneldən ibarət olan tədbirdə, Unicapital İnvestisiya Şirkətinin Baş Direktoru Vüqar Namazov "İnvestisiya xidməti pərakəndə müştəri təcrübəsini necə dəyişir?" mövzusunda çıxış edib. O, öz çıxışı zamanı müasir dövrdə investisiya bankçılığı və fintexin önəmini vurğulayaraq, Unicapital-ın innovativ rəqəmsal həlləri, daxili bazara gətirdiyi yeni texnoloji sistemlər kimi müxtəlif səpkili mövzulara toxunub.

Ən sərfəli kredit üçün müraciət et

Yerli maliyyə qurumlarının çıxışları ilə davam edən tədbirin sonunda Unicapital İnvestisiya Şirkəti Azərbaycan Banklar Assosiasiyası tərəfindən "Main Partner" nominasiyası üzrə mükafata layiq görülüb. Xatırladaq ki, Unicapital İ.Ş. ölkəmizin ən qabaqcıl investisiya şirkətlərindən biridir və nizamnamə kapitalı 100%-lik "Unibank" KB ASC-yə məxsusdur. Şirkət haqqında ətraflı məlumat üçün: https: //unicapital.az/