Tramp: ABŞ texnologiya şirkətləri süni intellektin inkişafına bir-bir nəzarət edəcək | Banco.az

Tramp: ABŞ texnologiya şirkətləri süni intellektin inkişafına bir-bir nəzarət edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp ölkənin aparıcı texnologiya şirkətlərinin süni intellektin (Sİ) inkişafına qarşılıqlı nəzarət edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən süni intellekt sahəsinin miqyasının sənaye inqilabından daha böyük olduğunu bildirib.

“Bu sənaye inqilabından daha böyükdür və əsasən faydalı olacaq. Onlar bir-birini izləyəcəklər. Süni intellekt sahəsində özlərini də izləyəcəklər. Bu, çox yaxşı işləyəcək”, – Tramp deyib.

ABŞ prezidenti süni intellektin real texnologiya olduğunu əsas gətirərək onun adında “süni” sözünün işlədilməsini də tənqid edib. Tramp bu ifadəni “dəhşətli söz” adlandırıb və federal hökumətin sənədlərində texnologiyaya “superkəşfiyyat” kimi istinad edildiyini bildirib.

Qeyd edək ki, "Google", "Anthropic", "Meta", "OpenAI", "xAI" və "Nvidia" şirkətləri süni intellektin inkişafına nəzarət məqsədilə öz strukturlarında müstəqil komitələr yaratmaq öhdəliyi götürüblər. Müvafiq saziş şirkətlərin rəhbərləri ilə Donald Tramp arasında Ağ Evdə imzalanıb.