Laqardın vaxtından əvvəl istefa verə biləcəyinə dair siqnal | Banco.az

Laqardın vaxtından əvvəl istefa verə biləcəyinə dair siqnal

Müəllif: Tamara Mustafayeva, Banco.az

Laqardın vaxtından əvvəl istefa verə biləcəyinə dair siqnal.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Kristin Laqard vəzifə müddətinin başa çatmasına bir neçə ay qalmış vəzifəsindən ayrıla biləcəyinə işarə edib.

Laqardın Fransanın “La Croix” qəzetinə verdiyi müsahibə ECB-nin rəsmi internet saytında yayımlanıb.

Laqard 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizəd olmasının “yaxşı fikir olmadığını” bildirib. O, ECB-dəki vəzifəsindən vaxtından əvvəl ayrılacağı təqdirdə bunun yalnız bir neçə ay əvvəl baş verəcəyini deyib.

Səkkizillik vəzifə müddəti 2027-ci ilin oktyabrında başa çatacaq Laqard ECB rəhbərliyindən daha əvvəl ayrıla biləcəyi ilə bağlı spekulyasiyalara aydınlıq gətirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram