"Unibank": Kapital artımı yaxın iki həftə ərzində yekunlaşacaq | Banco.az

"Unibank": Kapital artımı yaxın iki həftə ərzində yekunlaşacaq

"Unibank" ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı işlər son mərhələdədir. 

Bu barədə  açıqlamasında Bankın İdarə Heyətinin (İH) sədri Faiq Hüseynov bildirib. 

Onun sözlərinə görə, kapital artımı yaxın 2 həftə ərzində yekunlaşacaq: "Əfsuslar olsun ki, bu məsələ ilə bağlı müxtəlif dövlət qurumlarından icazələrin alınması gözlədiyimizdən çox vaxt apardı. Amma hər şey qaydasındadır, bütün lazımi proseslər gedir. İndi qanunvericiliyə uyğunlaşdırmaq üçün yalnız bankdaxili addımları atmaq qalıb".

Ən sərfəli kredit üçün müraciət et

"Unibank" rəhbəri onu da deyib ki, bank kreditləşdirməni yerli imkanlar hesabına genişləndirmək istəyir: "Hazırda xarici valyutada vəsait cəlb edilməsinin heç bir xeyri yoxdur. Xarici investorlar da manatla kredit vermir. Biz də kreditləşməni daxili bazarın hesabına genişləndirmək fikrindəyik. Əminəm ki, son vaxtlar bank sektorunda aparılan islahatlar kredit vermək üçün manat kütləsinin formalaşmasına imkan verəcək". 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et