Ümumdünya Turizm Təşkilatı (ÜTT) koronavirus pandemiyası ilə əlaqədar səyahət məhdudiyyətlərinin tətbiqini dəstəkləmir.
Bu barədə təşkilatın yayılan məlumatında deyilir.
Qeyd olunur ki, təşkilat ümumi səyahət məhdudiyyətləri tətbiq etməməyə çağırır.
“Son hadisələr fonunda müxtəlif ölkələrə bir daha xatırladırıq ki, ümumi səyahət məhdudiyyətlərinin tətbiqi ayrı-seçkilik xarakteri daşıyır, səmərəsizdir və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə ziddir”, - məlumatda deyilir.
report
Bizi sosial şəbəkələrdən izləyin!!