Türkiyə ilə Türkmənistan arasında təbii qaz əməkdaşlıq memorandumu imzalanıb | Banco.az

Türkiyə ilə Türkmənistan arasında təbii qaz əməkdaşlıq memorandumu imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə ilə Türkmənistan arasında təbii qaz əməkdaşlıq memorandumu imzalanıb.

Banco.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanın Ümummilli Lideri və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Qurbanquli Berdiməhəmmədov ilə görüşüb.

Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, Ərdoğan Türkmənistanla hər iki ölkəyə hər sahədə fayda gətirəcək qarşılıqlı addımların getdikcə daha çox davam etdirilməsi və iki ölkə arasındakı ticarət həcminin 5 milyard dollar səviyyəsinə çatdırılması üçün səylərin artırılması lazım olduğunu bildirib.

Görüşdə Türkiyə ilə Türkmənistan arasında “Təbii qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə Qarşılıqlı Əməkdaşlıq Anlaşma Memorandumu”, “Neft və Təbii Qaz Yataqlarında Əməkdaşlığa dair Niyyət Bəyannaməsi” və “Türkmənistan Hava Yolları ilə Türk Hava Qüvvələri Universiteti arasında Anlaşma Memorandumu” imzalanıb.

Ən sərfəli kredit üçün müraciət et

İmzalanan memorandumun Türkmənistan təbii qazının Türkiyə vasitəli Avropaya nəqli üçün olduğu bildirilsə də, nəqli nəzərdə tutulan qazın həcmi ilə bağlı detallar anlaşma memorandumuna daxil edilməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et