Türkiyə 2024-cü ilin birinci rübündə rekord ixrac həcmini açıqlayıb | Banco.az

Türkiyə 2024-cü ilin birinci rübündə rekord ixrac həcmini açıqlayıb

Müəllif:Mehin Qasımova/Banco.az

Türkiyənin ixracatı 2024-cü ilin birinci rübündə rekord həddə çatıb.

Banco.az xəbər verir ki, bu barədə respublikanın ticarət naziri Ömər Bolat qeyd edib.

"Birinci rübdə ixracat baxımından tarixi rekord qırdıq. Mart ayında ixracımız 22,578 milyon dollar təşkil edib", - deyə nazir bildirib.

Rəsmi statistika göstərir ki, mart ayında Türkiyənin idxalı 30,95 milyard dollar, xarici ticarət kəsiri isə 7,72 milyard dollar təşkil edib.

Mart ayında Türkiyənin ixracatı bir əvvəlki ilə nisbətən 4,1%, idxal isə 5,7% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et