Türk Hava Yollarının (THY) loqosunun mənasını bilirsinizmi? | Banco.az

Türk Hava Yollarının (THY) loqosunun mənasını bilirsinizmi?

Tamara Mustafayeva, Banco.az

Türkiyənin uzun illərdir dəyərini hər ötən gün daha da artıran şirkəti “THY”-nin loqosu haqqında heç düşünmüsünüzmü?

Güman ki, bir çoxunuz loqodakı işarənin çöl qazı fiqurundan ilham alınaraq təsvir edildiyini bilirsiniz. Bəs nə üçün çöl qazı fiquru deyə heç düşünmüsünüzmü, ya da loqunu sağa sola çevirməyə cəhd etmisinizmi?

İlk olaraq çöl qazı fiqurunun seçilməsindəki incə detallardan bəhs edək. Çöl qazları çox uzaq məsafələrə uça bilən quşlardır. Uçuş firması üçün əlbəttə ki, bu, çox yaxşı mesaj verir. Bu quşların uzun məsafələrə uça bilmələrinin sirri isə dəstə halında və “V” şəklində uçmalarıdır. “V” şəklində uçmalarının səbəbi isə bir-birlərinin qanad çırpmaları ilə yaratdıqları hava axını ilə sərf etdikləri enerjini minimum səviyyəyə endirmələridir. Çöl qazı dəstəsi bir dəfədə bir çöl qazının tək başına qət edəcəyi yolun iki qatını uça bilirlər.

“THY”-nin öz loqosunda bu təsvirdən istifadə etməsi həm markanın uzun ömürlü və dayanıqlı olmasını, həm də bütün əməkdaşlarına əhəmiyyət verən və qrup ruhunu yüksək dəyərləndirən şirkət olmasını ifadə edir.

Loqodakı bu təsvirin başqa bir xüsusiyyəti də fərqli bucaqlardan baxdıqda markanın adının qısaltmasını (THY) əks etdirməsidir.

Ən sərfəli kredit üçün müraciət et

1959-cu ildə keçirilən yarışmada Mesut Manioğlunun dizayn etdiyi bu loqo sonradan bəzi dəyişikliklərə məruz qalsa da, yarandığı gündən bəri rəhbər tutduğu prinsipləri qorumağa davam edir.

Həmçinin oxu: Loqolar öz məhsullarını istifadə etsələr, necə olardı?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et