Türk Hava Yolları işə qəbulda zəlzələdən zərərçəkənlərə üstünlük verəcək | Banco.az

Türk Hava Yolları işə qəbulda zəlzələdən zərərçəkənlərə üstünlük verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları (THY) işə qəbulda zəlzələdən zərərçəkənlərə üstünlük verəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Türk Hava Yolları THY və onun törəmə şirkətlərində zəlzələdən zərər çəkən 1000 ailənin hər birindən bir nəfəri işlə təmin edəcəyini açıqlayıb.

THY İdarə Heyətinin və İcraiyyə Şurasının sədri Əhməd Bolat rəsmi “LinkedIn” səhifəsindən paylaşım edərək təfərrüatların yaxın günlərdə açıqlanacağını bildirib.

Bolatın açıqlamasına görə, THY-nin bu il müvafiq vakansiyalar üzrə işə götürüləcək işçilərin seçim mərhələsində zəlzələdən zərər çəkmiş vətəndaşlara üstünlük veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et