Dünya bazarında neftin son qiyməti | Banco.az

Dünya bazarında neftin son qiyməti

Dünya əmtəə bazarlarında neft qiymətləri yüksəlişdən sonra enməyə başlayıb.

    Banco.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,60% azalaraq bir barel üçün 108,10 dollar təşkil edib.

    WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,94 dollar və ya 0,89% ucuzlaşaraq 104,89 dollara enib.