Böyük Britaniyada inflyasiya son beş ayın ən yüksək səviyyəsinə çatıb | Banco.az

Böyük Britaniyada inflyasiya son beş ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif:Mehin Qasımova,Banco.az

Böyük Britaniyada inflyasiya avqust ayında həm aylıq, həm də illik olaraq sürətlənib

Banco.az xəbər verir ki, illik istehlak inflyasiyası 3,1%-ə yüksəlib ki, bu da son beş ayın ən yüksək səviyyəsidir.

İstehlak qiymətləri avqust ayında əvvəlki aya nisbətən 0,5 faiz artıb. İyul ayında aylıq inflyasiya 0,3 faiz təşkil edib. Avqust ayı məlumatları bazar gözləntiləri ilə uyğun olub.

İllik əsas inflyasiya avqust ayında 2,6 faiz səviyyəsində qeydə alınıb. Əsas inflyasiya da iqtisadçıların gözləntiləri ilə uyğun olub.

İstehsalçı qiymətlərindəki dəyişikliklər gözləniləndən daha böyük xərc təzyiqini göstərib.