Müəllif:Mehin Qasımova,Banco.az
İngiltərədə ərinin ölümündən sonra evini təmizləyən qadın təxminən 50 ildir köhnə biskvit qutusunda saxlanılan qızıl sikkələri aşkar edib.
Banco.az xəbər verir ki, qadının mərhum əri 1970-ci illərdə qızıla yatırım edib, lakin bu barədə ailəsinə məlumat verməyib.
Qutudan ümumilikdə 62 qızıl sikkə tapılıb. Mütəxəssislər sikkələrin 41 ədəd Cənubi Afrika Krugerrandı və 21 ədəd Britaniya suvereni olduğunu müəyyən ediblər.
Sikkələr Penzans şəhərində yerləşən Lay's Auctioneers hərrac evində satışa çıxarılıb. Hərrac zamanı 41 Krugerrand təxminən 134,7 min dollara, 21 Britaniya suvereni isə təxminən 17,5 min dollara satılıb.
Beləliklə, qızıl sikkələrin ümumi satış dəyəri 152 min dolları ötüb.
Məlumata görə, sikkələr 1975-ci ildə alınıb və həmin vaxt hər birinə təxminən 70-80 funt sterlinq ödənilib. Təxminən yarım əsr sonra köhnə biskvit qutusunda aşkarlanan bu yatırım sahibinə 152 min dollardan çox gəlir gətirib.
