Türk Hava Yolları aviareys və sərnişin rekordunu yeniləyib | Banco.az

Türk Hava Yolları aviareys və sərnişin rekordunu yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları (THY) şirkəti bu vaxta qədərki ən yüksək uçuş və sərnişin sayına çatıb.

Banco.az xəbər verir ki, Türk Hava Yolları aprelin 23-də həyata keçirdiyi 1653 aviareys və 278 min 299 sərnişin rekordunu yeniləyib.

Bu barədə THY-nin mətbuat müşaviri Yahya Üstün sosial media hesabından açıqlama verib.

Onun sözlərinə görə, aviaşirkət bu dəfə 1664 uçuş sayı ilə öz rekordunu təzələyib.

Şirkət həmçinin 23 iyun - 2 iyul tarixləri arasında ümumilikdə 204 əlavə daxili və beynəlxalq aviareys təşkil edəcəyini də elan edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram