Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda məişət tullantılarının idarə olunmasından uzun illərdir ki, aktualdır. Yəkcə ötən ilin Dövlət Statistika Komitəsinin məlumatına əsasən, qeyd edə bilərik ki, 2017-ci ilin 1 yanvar tarixinə Azərbaycanda 7 milyon kubmetr həcmində məişət tullantısı əmələ gəlib.
Digər öılkələrə nəzər salsaq, məsələn,Çində hər il təxminən 150 milyon ton tullantı yaranır ki, bu da illik 8%-dən 10%-ə qədər artım deməkdir. Hindistanda isə günlük 133 760 ton bərk tullantı yaranır, bunun 91 min tonu toplanr və yalnız 26 min tonu təmizlənir.
Mövzu ilə bağlı Tokyonun Waseda Universitetinin iqtisadçısı Fərhad Tağızadənin sosial mediayada paylaşdığı şərhini təqdim edirik.
Ekspertin sözlərinə görə, Asiyada bir çox tullantıların idarə edilməsi ilə bağlı layihələrinin maliyyələşməsində çətinliklər olduğundan ictimai əsaslı fondlar boşluğu doldurmaq üçün yerli investorları, donorları və bələdiyyələri birləşdirir: " Asiyanın bir sıra inkişaf etməkdə olan ölkələrində əhali kütləvi zibilxanalardan qaçmaq üçün şəhərlərdən uzaqlaşırlar. Bələdiyyələr və fərdi sahibkarlar tullantıları enerjiyə çevirməklə əhalini elektrik ilə təmin edə bilərlər. İndividual investorlar layihəni seçə (məsələn, tullantıların idarə edilməsi) və onlayn şəkildə investisiya edə bilərlər. Bu yolla investorlar dividend ala bilər, bələdiyyələr isə ətraf mühitin təmizliyinə nail ola bilər. İnternetdə reklam layihələri insanları investisiya etməyə təşviq edir. İnternet marketinq şirkətləri layihələri tanıda və investisiya platforması yarada bilərlər. Layihələr düzgün şəkildə aparılarsa və fərdi investorlar tərəfindən qəbul olunarsa, banklar layihələrə kredit verməyə başlaya bilər".
fins.az