"Airbus" səhmləri 10 faizdən çox ucuzlaşıb | Banco.az

"Airbus" səhmləri 10 faizdən çox ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Airbus” səhmləri 10 faizdən çox ucuzlaşıb.

Banco.az xəbər verir ki, “Airbus” günəş mənşəli radiasiyanın uçuş nəzarəti məlumatlarını poza biləcəyi barədə edilən xəbərdarlığın ardından A320 ailəsinə daxil olan minlərlə təyyarədə proqram təminatı yeniləməsinin tamamlandığını bildirib.

Bu xəbərə baxmayaraq, Paris birjasında ticarət olunan “Airbus” səhmləri kəskin eniş yaşayıb. Beynəlxalq mediada yayımlanan xəbərlərə görə, A320 ailəsinə aid bəzi təyyarələrdə yeni bir sənaye keyfiyyəti problemi aşkarlanıb.

A320 təyyarəsinin gövdəsindəki panellərə təsir edən bu qüsur bəzi təslimatlardakı gecikmələrə səbəb olsa da, hazırda xidmət göstərən təyyarələrə yayıldığına dair heç bir işarə yoxdur.

Bakı vaxtı ilə ilə 16:27 radələrinə görə “Airbus”ın səhmləri 10,3% azalaraq 183 avroya düşüb.

Airbus səhmi oktyabrın sonunda 217 avroya yüksələrək bütün zamanların ən yüksək səviyyəsinə çatmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram