"Nvidia" "Synopsys"də 2 milyard dollarlıq pay əldə edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Nvidia" "Synopsys"də 2 milyard dollarlıq pay əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Nvidia" "Synopsys"də 2 milyard dollarlıq pay əldə edib.

Banco.az xəbər verir ki, “Nvidia Corp.” çip dizayn proqram təminatı istehsalçısı “Synopsys Inc.”in səhm­lərinə 2 milyard dollar investisiya etmək üçün razılığa gəlib. Bu anlaşma çip istehsalçısının öz təchizatçılarından birinə etdiyi son böyük sərmayələrdən biridir.

Şirkətlər bazar ertəsi verdikləri açıqlamada səhm­lərin hər birinin 414,79 dollardan alındığını, cümə günü isə qiymətin 418,01 dollardan bağlandığını bildiriblər.

Bu səhm paketi “Synopsys”in dövriyyədə olan ümumi səhm­lərinin 2,6%-ni təşkil edir. Kaliforniya mərkəzli şirkət elektron komponentlərin dizaynında istifadə olunan proqram təminatı və xidmətlərin ən böyük təminatçılarından biridir.

“Synopsys” səhm­ləri bazar öncəsi ticarətdə 7,4% artıb. Səhm bu ilin cümə gününədək təxminən 14% dəyər itirmişdi. “Nvidia” səhm­ləri isə bazar öncəsi ticarətdə cüzi eniş göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram