Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 70 mln. manatı ötüb | Banco.az

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 70 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 70 milyon 419 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 524 min manat və ya 0,7% azdır. Ötən ilin yanvar-oktyabr aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 70 milyon 943 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 312 min manat və ya 12,2% azalaraq 2 milyon 251 min manata enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram